Türkiyənin dövlət banklarından yeni faiz endirimi

Banklar 19 noyabr 2021, 14:31

Türkiyə Cümhuriyyəti Mərkəzi Bankı dünən faizini 1 bənd azaldaraq 15% müəyyən etdikdən sonra dövlət bankları faiz endirimək barədə qərar qəbul ediblər.

Karvannews xəbər verir ki, Türkiyənin dövlət bankları kredit faizi dərəcələrində 1 bənd endirim ediblər.

19 Noyabrdan etibarən, dövlət bankları biznes krediti faiz dərəcələrində 1 bənd endirim ediblər.

İpoteka kreditlərində də endirimə gedən dövlət bankları, faizi 1 milyon TL-dək məbləğlərdə aylıq 1,20%-ə, 1 milyon TL-dən yüksək məbləğlərdə isə aylıq 1,29%-ə endiriblər.

Dövlət bankları 25 Oktyabrda da biznes və ipoteka krediti faizlərində endirimə getmişdilər.

DİGƏR XƏBƏRLƏR

Loading
Top