Azərbaycanda 16 bankın faiz xərcləri artıb

Banklar 23 noyabr 2021, 17:43

Azərbaycanda fəaliyyət göstərən 26 bankdan 10-nun bu ilin yanvar-sentyabr aylarındakı faiz xərcləri ötən ilin eyni dövrü ilə müqayisədə az olub.

Bunlar “Xalq Bank”, “Azər-Türk Bank”, “Bank Avrasiya”, “Azərbaycan Sənaye Bankı”, “Yelo Bank”, “Azərbaycan Beynəlxalq Bankı”, “Express Bank”, “Premium Bank” və “AFB Bank” ASC-lər, eləcə də “Yapı Kredi Bank Azərbaycan” QSC-dir.

Qalan 16 bankın isə faiz xərcləri artıb. Ən yüksək dinamika “Bank VTB Azərbaycan” ASC-də (53,1%), ən aşağı dinamika isə “Access Bank” QSC-də (3,9%) qeydə alınıb. Ən çox azalma “Yapı Kredi Bank Azərbaycan”da (25,%%), ən az azalma isə “Xalq Bank”da (4,1%) qeydə alınıb.

4 bankın 9 aylıq faiz xərcləri 30 milyon manatdan çoxdur.

Azərbaycanda fəaliyyət göstərən 26 bankdan 4-nün bu ilin yanvar-sentyabr aylarındakı faiz xərcləri 30 milyon manatdan çox olub.

Bunlar “Azərbaycan Beynəlxalq Bankı” (68,316 milyon manat), “Kapital Bank” (49,558 milyon manat), “PAŞA Bank” (40,122 milyon manat) ASC-lər, eləcə də “Access Bank” QSC-dir (34,369 milyon manat).

Qalan 22 bankdan 9-da faiz xərcləri 10-30 milyon manat arasında, 10 bankda 1-10 milyon manat arasında, 3 bankda isə 1 milyon manatdan azdır./renkinq/

DİGƏR XƏBƏRLƏR

Loading
Top