Bakıda Nizami Gəncəvi Beynəlxalq Forumu keçirilir

Mədəniyyət və turizm 24 noyabr 2021, 11:45

Bakıda dahi Azərbaycan mütəfəkkiri və şairi Nizami Gəncəvinin anadan olmasının 880 illiyinə həsr edilmiş “Nizami Gəncəvi İli” çərçivəsində “Nizami Gəncəvi: Mədəniyyətlər Arasında Körpü” mövzusunda Nizami Gəncəvi Beynəlxalq Forumu keçirilir.

Karvannews xəbər verir ki, tədbirdə Baş nazirin müavini Əli Əhmədov, mədəniyyət naziri Anar Kərimov, Türkiyə Respublikasının mədəniyyət və turizm naziri Mehmet Nuri Ersoy, Özbəkistan Respublikasının mədəniyyət naziri Ozodbek Ahmadoviç Nazarbekov, Rusiya Federasiyası Prezidentinin beynəlxalq mədəni əməkdaşlıq üzrə xüsusi nümayəndəsi Mixail Şvıdkoy iştirak edir.

Beynəlxalq Forum Mədəniyyət Nazirliyi və Bakı Şəhər İcra Hakimiyyətinin təşkilatçılığı ilə təşkil olunub. Noyabrın 26-dək davam edəcək Beynəlxalq Forumda 15 xarici ölkədən 40-dan çox alim, elm adamı və ekspertlərin, eləcə də dövlət rəsmiləri, ali təhsil müəssisələrinin rəhbərləri, beynəlxalq təşkilatlar və diplomatik korpusun nümayəndələri iştirak edir.

Forum çərçivəsində müxtəlif panel müzakirələr, təqdimatlar, ikitərəfli görüşlər, kitab təqdimatı, mədəni və digər tədbirlərin təşkili nəzərdə tutulur.

DİGƏR XƏBƏRLƏR

Loading
Top