“Azəriqaz” onlayn vətəndaş qəbulu keçirəcək

Gündəm 24 noyabr 2021, 17:02

“Azəriqaz” İstehsalat Birliyinin rəhbər şəxslərinin növbəti onlayn vətəndaş qəbulu noyabr ayının 26-da saat 12:00-da keçiriləcək.

“Azəriqaz”dan verilən məlumata görə, baş direktor Ruslan Əliyev Cəlilabad rayonu, baş direktorun istismar üzrə müavini Cahid Hüseynov Masallı rayonu, baş direktorun əsaslı tikinti üzrə müavini Ramil İsgəndərov Biləsuvar rayon sakinləri ilə video-formatda keçiriləcək görüş zamanı vətəndaşların müraciətlərini dinləyəcəklər.

Məlumata görə, qəbula dair əlavə məlumat almaq istəyənlər Birliyin Lənkəran Regional qaz istismarı İdarəsinə müraciət edə bilərlər.

DİGƏR XƏBƏRLƏR

Loading
Top