“PASHA Holding”in iri aqrar şirkətinin kapitalı artırılmaqla 200 mln.-a çatdırılıb

İqtisadiyyat və biznes 25 noyabr 2021, 13:41

“PASHA Holding” MMC-nin törəmə aqrar şirkətinin nizamnamə kapitalı artırılmaqla 200 mln. manata çatdırılıb.

“Agro Food İnvestments” Məhdud Məsuliyyətli Cəmiyyətinin nizamnamə kapitalı 3 250 000 manat, yaxud 1.65% artırılıb.

Beləliklə, “Agro Food İnvestments”in nizamnamə kapitalı 199 769 500 manat çatıb.

“Agro Food Investments” MMC-nin nizamnamə kapitalı 2021-ci ildə üçüncü dəfə artırılır. Aqrar şirkətin nizamnamə kapitalı mart ayında 20 050 000 manat, yaxud 13.3 faiz, iyulunda isə 24 850 000 manat, yaxud 14.6% və avqustunda isə 1 500 000 manat, yaxud 0.8% arıtırılmışdı.

Bununla da ilin əvvəlindən şirkətə 49 650 000 manat əlavə maya qoyulmuş olur.

“Agro Food Investments” MMC – 2018-ci ilin avqust ayında təsis edilib.

Hazırda şirkətin Azərbaycanın əsasən şimal və şimal-qərb, aran bölgələri olmaqla müxtəlif rayonlarda 3 200 hektardan çox torpaqları vardır.

Şirkət haqqında bəhs edərkən bildirir ki, kənd təsərrüfatı sahəsinə keyfiyyət və məhsuldarlığa əsaslanan inam və etimad mühiti formalaşdırmaq, qida və digər gündəlik istehlak məhsullarının daxili bazar tələbini qarşılamaq və ixrac potensialını inkişaf etdirmək missiyasını daşıyır./banker.az/

DİGƏR XƏBƏRLƏR

Loading
Top