Ağdamda sahibkarlarla görüş keçirilib

İqtisadiyyat və biznes 26 noyabr 2021, 15:21

Ağdam rayonunda kənd təsərrüfatı sahəsində fəaliyyət göstərən sahibkarlıq subyekləri ilə görüş keçirilib. Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) Yuxarı Qarabağ regional koordinatorluğunun təşkilatçılığı ilə keçirilmiş görüşdə İqtisadiyyat Nazirliyinin Yuxarı Qarabağ regional bölməsi, Sahibkarlığın İnkişafı Fondu, Kənd Təsərrüfatı Nazirliyinin Ağdam Dövlət Aqrar İnkişaf Mərkəzi, KOBİA-nın Ucar-Zərdab KOB İnkişaf Mərkəzi və Ağdam Suvarma Sistemləri İdarəsinin nümayəndələri iştirak ediblər. 

Görüşdə iştirak edən sahibkar və fermerlərə aqrar sahədə dövlət dəstəyi mexanizmləri, o cümlədən dövlətin güzəştli kreditlərindən istifadə imkanları, aqrar sahə üçün subsidiyalar və bu sahədəki yeniliklər, KOBİA-nın dəstək və xidmətləri barədə ətraflı məlumat verilib, problem və təklifləri dinlənilib, aidiyyəti qurumlar tərəfindən sahibkarları maraqlandıran suallar cavablandırılıb.

DİGƏR XƏBƏRLƏR

Loading
Top