Sahibə Qafarova Özbəkistan Ali Məclisi Senatının sədri ilə görüşüb

Gündəm 26 noyabr 2021, 18:00

MDB Parlamentlərarası Assambleyasının Şura və 53-cü plenar iclaslarında iştirak etmək üçün Rusiya Federasiyasında işgüzar səfərdə olan Milli Məclisin sədri Sahibə Qafarova noyabrın 26-da Özbəkistan Ali Məclisi Senatının sədri Tənzilə Narbayeva ilə görüşüb.

Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən verilən məlumata görə, görüşdə Sahibə Qafarova ölkələrimiz arasında əməkdaşlığın bütün sahələrdə uğurla inkişaf etdiyini bildirib.

Sahibə Qafarova həmçinin ötən il 44 günlük Vətən müharibəsində ölkəmizin qazandığı qələbədən sonra regionda yeni yaranmış vəziyyət, işğaldan azad edilmiş ərazilərimizdə həyata keçirilən quruculuq və bərpa işləri haqqında da məlumat verib.

Özbəkistan Ali Məclisi Senatının sədri Tənzilə Narbayeva da dost ölkələrimiz arasında münasibətlərin inkişafından razılığını bildirərək qeyd edib ki, Azərbaycanla Özbəkistan bir çox sahələrdə əməkdaşlıq edir. O, Özbəkistan-Azərbaycan münasibətlərinin inkişafında parlamentlərin rolunu da qeyd edib.

Görüşdə qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

DİGƏR XƏBƏRLƏR

Loading
Top