Azərbaycan banklarında əmanət faizləri

Banklar 15 dekabr 2021, 18:00
Azərbaycandakı banklarının 12 ay müddətinə Manat əmanəti faizlərini təqdim edirik.

“Marja.az” araşdırmasına əsasən, hazırda 12 ay müddəti üzrə ən yüksək əmanət faizlərini AccessBank, Bank BTB, Muğanbank, Turanbank, Yelo Bank, Bank VTB Azərbaycan, Expressbank, Rabitəbank və Unibank təklif edir.
Hazırda məbləği 100 min manatadək, illik faiz dərəcəsi 12%-ədək olan manat əmanətləri Əmanətlərin Sığortalanması Fondu tərəfindən sığortalanır. Məbləği 100 min manatdan və ya illik faiz dərəcəsi 12%-dən yuxarı olan əmanətlər üzrə sığorta hadisəsi baş verdikdə (bank müflis olduqda, lisenziyası ləğv edildikdə) kompensasiya ödənilmir.
Bankların 1 illik (12 ay) Manat əmanəti üzrə faiz dərəcələri
 
Qeydlər:
- Cədvəldə; faizlərin "hər ay" və "müddətin sonunda" götürülməsindən asılı olaraq 1 illik (12 ay) qəbul edilən Manat əmanətinin faizləri göstərilib.
- Bir sıra banklar əmanətin məbləğindən və müddətindən asılı olaraq müştəriyə əlavə faiz, bonus, hədiyyələr və imtiyazlar (aşağı faizlə, zaminsiz kredit) təqdim edirlər.
- Yerləşdiriləcək əmanətin minimal məbləği “Premium Bank”da 20 min manat, PAŞA Bankda 20 min manat (PAŞA Bank əmək haqqı sahibləri üçün) və 30 min manat  (digər müştərilər üşün) olmalıdır.
 

DİGƏR XƏBƏRLƏR

Loading
Top