ABŞ-ın kommersiya neft ehtiyatları azalıb

Neft qaz 13 yanvar 2022, 12:01

Ötən həftənin yekunlarına görə, ABŞ-ın kommersiya nefti ehtiyatları 4 553 min barel azalaraq 413 297 min barel təşkil edib.

Bu barədə ABŞ-ın Energetika Nazirliyi yanında Energetika İnformasiyası Administrasiyasının (EIA) dərc etdiyi hesabatda bildirilir.

Məlumata əsasən, bundan öncə analitiklər ABŞ-ın kommersiya neft ehtiyatlarının 1 904 min barel azalacağını proqnozlaşdırırdı.

Xatırladaq ki, ABŞ-ın neft ehtiyatları haqqında məlumatlar dünya bazarında "qara qızıl"ın qiymətinə əhəmiyyətli dərəcədə təsir edir.

DİGƏR XƏBƏRLƏR

Loading
Top