Naxçıvan kənd təsərrüfatı məhsullarının istehsalını artırıb

Kənd təsərrüfatı 23 dekabr 2021, 18:00

Bu ilin yanvar-noyabr ayında Naxçıvan Muxtar Respublikasında 483,44 mln. manatdan çox kənd təsərrüfatı məhsulları istehsal olunub ki, bu da ötən ilin eyni göstəricisi ilə müqayisədə 4% çoxdur.

Naxçıvan Dövlət Statistika Komitəsindən verilən məlumata görə, bu dövr ərzində diri çəkidə ət istehsalı 25 085 ton, süd istehsalı 84 432 ton olub. 2020-ci ilin müvafiq dövrü ilə müqayisədə ət istehsalı 3,7%, süd istehsalı isə 1,6% artıb.

Ümumilikdə muxtar respublikada 384 növdə məhsul istehsal olunur ki, bunun da 127 növü ərzaq, 257 növü isə qeyri-ərzaq məhsullarıdır. Hazırda əhalinin 108-i ərzaq, 242-si qeyri-ərzaq olmaqla 350 növdə məhsula olan tələbatı tamamilə yerli imkanlar hesabına ödənilir.

DİGƏR XƏBƏRLƏR

Loading
Top