Müharibədən sonra Tərtər və Ağdamda əkinə yararlı torpaq sahələri artıb

QARABAĞ 27 dekabr 2021, 12:01

Vətən Müharibəsindən sonra Tərtər və Ağdam rayonlarında əkinə yararlı torpaq sahələri artıb.

Əkinə yararlı torpaq sahələrinin artmasına qoşunların təmas xəttinin ləğv edilməsi səbəb olub.

Belə ki, həmin əraziləri uzun illər erməni silahlı bölmələri atəş altında saxlayırdı. Bundan başqa, ərazilərin əkilməsi Azərbaycan Ordusunun bölmələrinin əməliyyat şəraitinə mane olurdu.

Ağdam və Tərtər rayon icra hakimiyyətlərindən verilən məlumata görə, müharibədən sonra boşalan və təhlükəsiz hesab edilən ərazilərdə artıq əkin işləri aparılır. Tərtər rayonu üzrə 2500 hektardan çox, Ağdamda isə 150 hektardan çox torpaq sahəsi artıq əkinə yararlı hesab olunur.

Qeyd edək ki, uzun illər Ağdam və Tərtər rayonlarının keçmiş cəbhəyanı kəndlərinə məxsus torpaq sahələrində əkin və becərmə işləri aparmaq mümkün olmayıb. Ermənistan silahlı qüvvələri mütəmadi olaraq yaşayış evlərini, əkin işləri ilə məşğul olan kəndliləri və mal-qara otaran çobanları atəş altında saxlayıb./apa/

DİGƏR XƏBƏRLƏR

Loading
Top