“Apple” əfsanəvi cihazın istehsalını dayandırır

İqtisadiyyat və biznes 13 yanvar 2022, 18:00

“Apple” şirkətinin 2019-cu ilin may ayında təqdim etdiyi “iPod touch”ın yeddinci nəsli, çox güman ki, sonuncu olacaq.

Məlumata görə, 2022-ci ildə “iPod” əməliyyat sisteminin son yeniləməsini alacaq, 2023-cü ildə isə istehsalçı cihazı dəstəkləməyi dayandıracaq.

“iPod touch 7” 2019-cu ildə buraxılıb. Cihaz 2015-ci ildə təqdim olunan sələfi ilə müqayisədə daha güclü prosessor ilə təchiz edilib. Yeddinci nəsil pleyerə “Apple A10” və “Apple M10” prosessorları quraşdırılıb. Bundan əlavə, modelin yaddaşı 256 GB-a qədər artırılıb.

Korporasiya ilk “iPod”u 2001-ci ilin noyabrında buraxıb. 2000-ci illərdə cihaz böyük populyarlıq qazanmağa başlayıb və musiqi bazarını demək olar ki, kökündən dəyişdirib.

“Apple” 2022-ci ildə satışa çıxarılacaq bəzi smartfonların qiymətini qaldıracaq. İstehsal xərclərinin artması səbəbindən “iPhone 14”ün qiyməti orta hesabla 100 dollar qalxacaq.

DİGƏR XƏBƏRLƏR

Loading
Top