“Ford”un bazar dəyəri ilk dəfə 100 mlrd. dolları keçib

İqtisadiyyat və biznes 14 yanvar 2022, 17:41

“Ford” avtomobil şirkətinin bazar dəyəri ilk dəfə olaraq 100 milyard dolları keçib. O, “Tesla”, “Toyota” və “Volkswagen”dən sonra dördüncü olub.

Məlumata görə, dünən Bakı vaxtı ilə saat 23:20-də “Ford” səhmlərinin qiyməti 25.38 dollara olub ki, bu da son 20 ilin maksimumudur. Mütəxəssislərin fikrincə, qiymət artımı “Ford”un elektrikli avtomobillərin istehsalını artırmaq planları ilə bağlıdır.

Bazar dəyərinə görə avtomobil şirkətləri arasında birinci sırada “Tesla” (1 trilyon dollar), ikinci yerdə “Toyota” (346 milyard dollar), üçüncü yerdə isə “Volkswagen” (121 milyard dollar) dayanır.

DİGƏR XƏBƏRLƏR

Loading
Top