“Aztelekom” Şuşada filial açıb

QARABAĞ 07 yanvar 2022, 14:01

Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinə məxsus “Aztelekom” MMC-də növbəti struktur islahatı aparılıb.

Məlumata görə, qurumun azad edilmiş ərazilərdə ilk filialı olan “Şuşa” filialı fəaliyyətə başlayıb. Hələlik filial rəhbərliyinə təyinat yoxdur.

Qeyd edək ki, bundan öncə şirkətin "Cənub Şirvan", "Şimal-Qərb", "Şimal-Şərq", "Aran" və "Dağlıq Şirvan" regional filialları yaradılıb.Bununla da qurumun filiallarının sayı 6-ya çatdırılıb.

Xatırladaq ki, "Aztelekom"da struktur islahatları “Rəqəmsal transformasiya sahəsində idarəetmənin təkmilləşdirilməsi haqqında” Prezident İlham Əliyevin 27 aprel 2021-ci il tarixli Fərmanına uyğun olaraq aparılır. Filialların sayının 8-ə çatdırılması nəzərdə tutulur.

DİGƏR XƏBƏRLƏR

Loading
Top