Türkiyə Mərkəzi Bankı dekabrda 7,3 mlrd. dollar satıb

Banklar 07 yanvar 2022, 16:40

Türkiyə Mərkəzi Bankının (TMB) valyuta bazarına son müdaxiləsinin məbləği müəyyənləşib.

Bu barədə məlumatı NTV telekanalı yayıb.

Belə ki, TMB-nin 17 dekabr 2021-ci ildə 2,123 mlrd. dollarlıq birbaşa valyuta satışının edildiyi açıqlanıb. Mərkəzi Bank ilk dəfə 2021-ci il dekabrın 1-də 844 mln. dollarlıq satış həyata keçirib. Bunun ardınca dekabrın 3-də (504 mln. dollar), 10 dekabrda (687 mln. dollar) və 13 dekabrda (3,120 mlrd. dollar) müdaxilələr baş verib.

Son rəqəmlərə əsasən, bankın dekabr ayında etdiyi bütün müdaxilələrin cəmi 7,278 mlrd. dollar olub.

Xatırladaq ki, dekabrda Türkiyədə illik inflyasiya 36,08% təşkil edib. Milli valyutanın dəyərsizləşməsi fonunda Türkiyə hökuməti ölkədə gələn il üçün minimum əməkhaqqının məbləğini 50,4% artıraraq 2 826 lirədən 4 250 lirəyə çatdırmışdı. Dekabrın 16-da Türkiyə Mərkəzi Bankı yüksək inflyasiyaya baxmayaraq, uçot dərəcəsini 15%-dən 14%-ə endirmişdi.

Türkiyə Mərkəzi Bankının rəsmi məzənnəsinə görə, hazırda 1 dollar 13,6598 lirəyə ticarət olunur.

DİGƏR XƏBƏRLƏR

Loading
Top