“Bitkoin 75 min dollara qalxacaq”

Birja 13 yanvar 2022, 17:01

İsveçrənin kriptovalyuta bankı “SEBA”nın rəhbəri Qvido Büyler (Guido Buehler) “Crypto Finance” konfransında bildirib ki, rəqəmsal aktivlər daha çox institusional investorları – banklar, sığorta və pensiya fondlarını cəlb etdiyi üçün bitkoinin dəyəri bu il demək olar ki, iki dəfəyə və ya 75 000 dollara qədər arta bilər.

Bitkoinin dəyərinin azalması Amerika maliyyə bazarının müəyyən dərəcədə destabilləşməsinin ardınca baş verib. Bununla belə, bir çox səhmlərdən fərqli olaraq, bitkoin yüksək likvidliyini saxlayır, bu da ona treyderlərin təzyiqinə tab gətirməyə imkan verir.

Büyler hesab edir ki, eyni institusional investorlar bitkoinin 2022-ci il ərzində dəyər qazanmasına kömək edəcəklər. Digər ekspertlər də onunla razılaşırlar. Kriptocüzdan üzrə ixtisaslaşan “Ledger” şirkətinin rəhbəri Paskal Qotyenin (Pascal Gauthier) vurğuladığı kimi, belə investorlar kriptovalyutalara daha çox etibar edirlər.

Kaliforniyanın vençur kapitalı üzrə mütəxəssis Bill Tay (Bill Tai) isə ümumiyyətlə elə düşünür ki, bitkoinlə indi baş verənlər onun təbii dalğalanmasıdır. “Onun nə vaxt artacağını bilmirəm, amma yenidən artacaq”, – deyə mütəxəssis qeyd edib./banker.az/

DİGƏR XƏBƏRLƏR

Loading
Top