Dövlət istiqrazlarının yerləşdirilməsi üzrə hərrac keçiriləcək

Birja 14 yanvar 2022, 14:41
18 yanvar 2022-ci il tarixində Bakı Fond Birjasında Maliyyə Nazirliyinin 5 milyon manatlıq Dövlət Ortamüddətli İstiqrazları (DOİ) üzrə hərrac keçiriləcəkdir.

Birjanın yaydığı məlumata görə, hərrac zamanı sifarişlərin toplanması BFB-nin ticarət reqlamentinə uyğun olaraq saat 11:00-dan 12:30-dək təşkil olunacaqdır.
 
İstiqrazların buraxılış parametrləri barədə məlumat aşağıdakı cədvəldə verilmişdir;
 
Dövlət istiqrazının növü kuponlu, ortamüddətli dövlət istiqrazları
Qiymətli kağızın ISIN kodu AZ0105002940
Emissiya həcmi 5 000 000 manat
Nominal dəyəri 100 manat
İstiqrazların tədavül müddəti 728  gün
Faiz ödənişləri (olduqda) 19 iyul  2022-ci il,  17 yanvar 2023-cü il,       18 iyul  2023-cü il, 16 yanvar 2024-cü il
Faiz gəliri 4.5 %
Ödəmə tarixi 16.01.2024
Anderrayter                  “PAŞA Kapital İŞ” QSC
 
Hərrac zamanı, qeyri-rəqabətli sifarişlərin istiqrazların buraxılışının 20%-dən artıq olmamaq şərti ilə qəbul edilməsinə icazə verilir.
Bundan əlavə, hərrac iştirakçıları tərəfindən istiqrazların alınması üçün verilən sifarişlərin həcmi Emitent tərəfindən hərraca çıxarılmış istiqrazların həcminin 20%-dən aşağı olduğu təqdirdə, Emitent bu sifarişləri qəbul etməyə bilər.
Hərrac zamanı dövlət istiqrazlarına tələb təklifi üstələyəcəyi və qiymət Emitenti qane edəcəyi halda isə, Emitent tərəfindən təklif edilən istiqrazların həcmi 50 faizədək artırıla bilər.
Hərracda iştirak etməkdə maraqlı olan şəxslər birja üzvü olan investisiya şirkətlərinə müraciət edə bilərlər. Birja üzvlərinin əlaqə vasitələri BFB-nin internet saytının (www.bfb.az) “Üzvlər” bölməsində yerləşdirilib.
 

DİGƏR XƏBƏRLƏR

Loading
Top