Qətər şirkəti ilə KOBİA-da görüş keçirilib

İqtisadiyyat və biznes 17 yanvar 2022, 15:01

Qətər Dövlətinin ət, süd və süd məhsullarına olan tələbatını 95% təmin edən "Baladna Food Industries" şirkətinin nümayəndələri ilə Kiçik və Orta Biznesin İnkişafı Agentliyində (KOBİA) görüş keçirilib.  

KOBİA-nın İdarə Heyətinin sədri Orxan Məmmədov və "Baladna Food Industries"in icraçı direktoru Ramez Al-Khayyat arasında təşkil olunmuş görüşdə qarşılıqlı olaraq KOBİA-nın dəstək və xidmətləri və Qətər şirkətinin fəaliyyəti barədə məlumat verilib, eləcə də əməkdaşlıq imkanlarına və Azərbaycanda KOB-ların iştirakı ilə oxşar layihələrin icrasına dair fikir mübadiləsi aparılıb.

DİGƏR XƏBƏRLƏR

Loading
Top