BU GÜN ÇİNGİZ ABDULLAYEVİN AD GÜNÜDÜR!

Mədəniyyət və turizm 07 aprel 2022, 10:51
Bu gün dünya şöhrətli detektiv yazıçı, Azərbaycanın xalq yazıçısı Çingiz Abdullayevin doğum günüdür.

Karvannews saytı olaraq Çingiz müəllimi Ad günü münasibəti ilə təbrik edir,  sağlıqlı bir ömür, yeni-yeni yaradıcılıq uğurları arzu edirik!


Çingiz Abdullayev 1959-cu ildə Bakı şəhərində anadan olub. Ç.Abdullayev Bakıda 189 saylı şəhər məktəbini bitirib. 1976-cı ildə ADU-nun hüquq fakültəsində təhsil alıb. Əmək fəaliyyətinə Bakı istehsalat birliyində hüquq məsləhətçisi, böyük hüquq məsləhətçisi və şöbə rəisi kimi başlayıb.

1991-ci ildən Azərbaycan Yazıçılar İttifaqının katibidir.

Beynəlxalq təcavüz problemi barədə dissertasiya müdafiə edib, hüquq elmləri namizədi, alimlik dərəcəsi alıb. Polşanın Krakov Universitetinin fəxri professoru, Azərbaycan Yazıçılar Birliyinin katibidir. Azərbaycan PEN klubunun vitse-prezidentidir.

Ədəbi fəaliyyətə tələbəlik dövründən başlayan Çingiz Abdullayev 1983-cü ildən dövri mətbuatda oçerk, məqalə və detektiv janrda yazdığı hekayələrlə müntəzəm çıxış edir. Rus dilində yazan Ç. Abdullayev ingilis və italyan dillərində sərbəst danışır. Əsərləri xarici ölkə xalqlarının dillərinə tərcümə olunub.

27 milyon nüsxədə olan 600-dən çox kitabı dünyada yayılıb. 193 adda kitabın müəllifidir. Bütün bu kitablar onu siyasi detektiv janrında yazan ən məhsuldar, müasir yazıçılardan biri kimi tanıtdırıb.

Çingiz Abdullayev 2009-cu il aprelin 7-də Azərbaycanın ədəbi həyatında fəal iştirakına görə “Şöhrət” ordeni ilə təltif edilib.

2014-cü ilin noyabrından İnterpolun fəxri səfiridir. 2015-ci il martın 30-dan “Neftçi” Futbol Klubunun Müşahidə Şurasının sədri olub.
 

DİGƏR XƏBƏRLƏR

Loading
Top