Bu gün Milli Məclisin komitələrinin Şuşada iclası keçiriləcək

QARABAĞ 08 aprel 2022, 09:06

Bu gün Milli Məclisin deputatlarının Şuşada iclası keçiriləcək.

Karvannews.com xəbər verir ki, bu gün Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu və Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitələrinin Şuşada birgə iclası keçiriləcək.

İclas Şuşa şəhərindəki “Qarabağ” hotelində baş tutacaq.

İclasın gündəliyinə 2 məsələ daxil edilib.

Bunlar aşağıdakılardır:

1. “Azərbaycan Respublikası Hökuməti, Türkiyə Respublikası Hökuməti və Gürcüstan Hökuməti arasında “Qafqaz Qartalı” xüsusi təyinatlı qüvvələrin təliminə dair” Anlaşma Memorandumunun təsdiq edilməsi haqqında qanun layihəsi.

2. “Azərbaycan Respublikasının Cinayət Məcəlləsində və “Valyuta tənzimi haqqında” qanunda dəyişiklik edilməsi haqqında” qanun layihəsi.

DİGƏR XƏBƏRLƏR

Loading
Top