Xalq yazıçısı Elçinin romanı Türkiyədə nəşr edildi

Mədəniyyət və turizm 11 aprel 2022, 16:02

Türkiyənin nüfuzlu “İş Bankası Kültür Yayınları” nəşriyyatı Xalq yazıçısı Elçinin “Çingiz xanın daşları” adlı yeni kitabını nəşr edib.

Karvannews.com xəbər verir ki, kitaba ədibin son illərdə yazdığı “Ağadadaşın kişi sözü”, “Bu da bir cür həyatdır”, “Lift” (“Çingiz xanın daşları”), “Rəssam Muxtar Manaflının həyatı, sənəti və dünyadan qaçışı”, “Missiya”, “İntihar” və digər hekayələri toplanıb. Hekayələri türkcəyə Azad Ağaoğlu çevirib.

Qeyd edək ki, “İş Bankası Kültür Yayınları” bir müddət əvvəl Elçinin “Baş” romanını nəşr edib. Bu, həmin nəşriyyatın Azərbaycan ədəbiyyatına ilk müraciəti olub.

DİGƏR XƏBƏRLƏR

Loading
Top