Zərərlə işləyən sığorta şirkətləri məlum olub - Siyahı

Sığorta şirkətləri 15 aprel 2022, 11:20

Azərbaycanda 2021-ci il üzrə sığorta şirkətlərinin mənfəət-zərər göstəriciləri açıqlanıb.

Karvannews.com xəbər verir ki, sığorta bazarı iştirakçılarının 16-sı ötən ili mənfəətlə, 4-ü isə zərərlə bitirib. Mənfəətin həcminə görə, "PAŞA Sığorta" və "PAŞA Həyat Sığorta" şirkətləri müvafiq olaraq 24,6 milyon manat və 17,7 milyon manat göstəriciləri ilə liderdir. TOP beşliyi "Qala Sığorta" (9,4 milyon manat), "Atəşgah" (6,4 milyon manat) və "Xalq Sığorta" (5 milyon manat) şirkətləri tamamlayıb.

"Azərsığorta", "Bakı Sığorta", "Atasığorta" və "Günay Sığorta" şirkətləri isə 2021-ci ili zərərlə başa vurub. "Azərsığorta" şirkəti zərərlərin həcminə görə, siyahıda birinci olub - 14,2 mln. manat. "Atasığorta"da bu göstərici 2,2 mln.manat, "Bakı Sığorta"da 1,7 mln. manat, "Günay Sığorta"da 1,1 mln. manat təşkil edib.

DİGƏR XƏBƏRLƏR

Loading
Top