Psixoloq xidmətlərini onlayn platformada birləşdirən yeni sahibkarlıq subyekti fəaliyyətə başlayıb

Gündəm 13 may 2022, 11:50

Psixoloq xidmətlərini vahid platformada birləşdirən “psixosen.com” psixoloq və özünüinkişaf portalı yaradılıb. Platformanın məqsədi onlayn platformada mütəxəssisləri və istifadəçiləri görüşdürərək istənilən vaxt və yerdən psixoloq xidməti üçün müraciət etmək imkanı yaratmaqdır. Psixoloqlar və kouçlar platformada qeydiyyat və təsdiqlənmə prosesindən sonra öz xidmətlərini yerləşdirə bilərlər. Sayt xidmətlə yanaşı, həm də maarifləndirmə platformasıdır.

Portalın yaradılmasına dövlət dəstəyi Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA) tərəfindən təmin edilib. Belə ki, KOBİA tərəfindən onlayn platfomanın yaradılmasına məsləhət, peşəkar kadr potensialının formalaşdırılması, marketinq, korporativ idarəetmə, vergi uçotuna alınma, Agentliyin Sumqayıt KOB İnkişaf Mərkəzi tərəfindən isə təlim, Sumqayıt və Abşeronda fəaliyyət göstərən psixoloqlarla əlaqələndirmə və s. dəstək və xidmətlər göstərilib.

Sumqayıtda fəaliyyət göstərən psixoloqların və müvafiq sahədə sahibkarlıq subyektlərlərinin iştirakı ilə “Psixosən” layihəsinin təqdimatı keçirilib. Tədbirdə psixoloq xidmətlərinin onlayn platforma üzərində təqdim olunması və bunun üstünlükləri barədə məlumat verilib, qeydiyyat və s. məsələlərlə bağlı sahibkarları maraqlandıran suallar cavablandırılıb. 

DİGƏR XƏBƏRLƏR

Loading
Top