Eluca Atalının "Ənqa quşu" kitabı İranda çap olundu

Gündəm 13 may 2022, 12:03
Tanınmış yazıçı Eluca Atalının "Ənqa quşu" kitabı İranda, fars dilində çap olunub.

Karvannews.com xəbər verir ki, kitab böyük marağa səbəb olub.

Qeyd edək ki, kitab Türkiyədə də nəşr edilib.

Xatırladaq ki, “Ənqa quşu” kitabı uşaq romanıdır. Müəllif cəmiyyətdə baş verən bütün hadisələri təbiətə gətirmiş, yerdə olan hadisələri göyə qaldırmışdır. Əsərin qəhrəmanı iki qramlıq kolibri quşu Günəşə aşiq olur, amma anası Günəşə çatmaq üçün bir quş ömrünün yetərsiz olduğunu ona anladır. O zaman balaca quş əbədiyyətə qovuşmaq yolunu axtarır, tapır. Əsərdə kolibridən savayı, çoxlu sayda quş obrazı, morfologiyası, həyat tərzi əks olunub.

DİGƏR XƏBƏRLƏR

Loading
Top