İlon Mask “Twitter”in satın alınması prosedurunu dayandırıb

İqtisadiyyat və biznes 13 may 2022, 15:33

İlon Mask “Twitter“ sosial şəbəkəsinin alınması ilə bağlı sövdələşmənin, oradakı saxta hesabların sayı ilə bağlı məlumatların yoxlanılmasına qədər dayandırıldığını açıqlayıb. Bu barədə o “Twitter“ hesabında bildirib.
““Twitter” sövdələşməsi spam və saxta hesabların istifadəçilərin 5%-dən azını təşkil etdiyini təsdiqləyən təfərrüatlar əldə olunanadək müvəqqəti dayandırılıb”, - məlumatda bildirilir.
“Twitter” səhmləri bu elandan sonra erkən ticarətdə 20% ucuzlaşıb, “Tesla”nın səhmləri isə 5%-dən çox bahalaşıb.

Xatırladaq ki, aprelin sonunda İlon Mask “Twitter”i 44 mlrd. dollara almaq barədə razılığa gəlib. Alqı-satqısını izah edərək, o, “Twitter”in bütün dünyada azad söz platforması olmaq potensialına inandığını bildirib.

DİGƏR XƏBƏRLƏR

Loading
Top