Azərbaycan qazın ixracını artırmağa davam edir

Neft qaz 18 may 2022, 15:03

Bu ilin yanvar-aprel aylarında Azərbaycanda magistral qaz kəmərləri ilə 13 923,1 mln. kubmetr qaz nəql edilib ki, bu da illik müqayisədə 12,4% çoxdur.

Dövlət Statistika Komitəsindən verilən məlumata görə, qaz nəqlinin 48,7%-i Bakı-Tbilisi-Ərzurum Cənubi Qafqaz boru kəməri vasitəsilə həyata keçirilib.

Belə ki, hesabat dövründə bu kəmərlə 6 783,5 mln. kubmetr qaz ötürülüb (2021-ci ilin müvafiq dövrü ilə müqayisədə 13,8%-lik artım).

Xatırladaq ki, ötən il Azərbaycanda magistral qaz kəmərləri ilə 35 108,8 mln. kubmetr qaz nəql edilib ki, bu da illik müqayisədə 18,6% çoxdur. Hesabat dövründə, bu kəmərlə 17 618 mln. kubmetr qaz ötürülüb (2020-ci illə müqayisədə 43,6%-lik artım).

DİGƏR XƏBƏRLƏR

Loading
Top