Təhlükə artır! Meymun çiçəyi virusu bu ölkəyə də yayıldı

Gündəm 23 may 2022, 17:11

Bütün dünyanı qorxudan meymun çiçəyi virusu günü-gündən yayılmağa davam edir.

Avstriyanın paytaxtı Vyanada şəhərində də bu virusa yoluxma halı qeydə alınıb.

Vyana Sağlamlıq Birliyinin sözçüsü Nina Brenner-Künq mətbuata verdiyi açıqlamada, meymun çiçəyi virusu əlamətləri olan bir şəxsin dünən gecə karantinə alındığını bildirib.

O, hərarət və səpgilərlə xəstəxanaya yerləşdirilən 35 yaşlı xəstənin müayinə edildikdən sonra çiçək virusuna yoluxduğunu təsdiqləyib. 

Hazırda xəstənin səhhətinin stabil olduğu, dərisinin rənginin dəyişdiyi və yüngül qripə yoluxduğu barədə məlumat paylaşıb.

DİGƏR XƏBƏRLƏR

Loading
Top