Azərbaycanda 4 minə yaxın QHT qeydiyyatdan keçib

Gündəm 23 may 2022, 12:20

"Azərbaycanda qeydiyyatdan keçən 4 minə yaxın qeyri-hökumət təşkilatı var".

Karvannews xəbər verir ki, bunu Prezident Administrasiyasının Qeyri-hökumət təşkilatları ilə iş və kommunikasiya şöbəsinin sektor müdiri Vüsal Quliyev “Dayanıqlı inkişaf üçün ədalətli, sülhsevər və açıq cəmiyyətləri təşviq etmək” mövzusunda keçirilən ictimai müzakirədə deyib.

O qeyd edib ki, onların bəziləri fəaliyyət göstərmir.

"Ancaq əksəriyyəti fəal şəkildə fəaliyyət göstərir", - sektor müdiri vurğulayıb.

DİGƏR XƏBƏRLƏR

Loading
Top