“Azərbaycanda ifrat yoxsulluq göstəricisi yoxdur”

Gündəm 23 may 2022, 16:41

“Ölkədə ifrat yoxsulluq göstəricisi yoxdur”.

Karvannews xəbər verir ki, bunu Dayanıqlı İnkişaf üzrə Milli Əlaqələndirmə Şurasının Katibi Hüseyn Hüseynov “Dayanıqlı inkişaf üçün ədalətli, sülhsevər və açıq cəmiyyətləri təşviq etmək” mövzusunda keçirilən ictimai müzakirədə deyib.

Hüseyn Hüseynov bildirib ki, Azərbaycanda yalnız yoxsulluq göstəricisi var.

“Prezident İlham Əliyev tərəfindən imzalanan Sərəncamla 2016-cı ildə Dayanıqlı İnkişaf üzrə Milli Əlaqələndirmə Şurası yaradılıb. Ötən il dövlət başçısının digər Sərəncamı ilə Milli İnkişaf Prioritetləri də təsdiq olunub. İşğaldan azad edilmiş ərazilərə mərhələli formada qayıdış həmin sənədin əsas istiqamətlərindən biridir. Müəyyən dövlət proqramları qəbul olunub. Bunlar mərhələli şəkildə həyata keçiriləcək”, – o qeyd edib.

DİGƏR XƏBƏRLƏR

Loading
Top