Bakı Enerji Forumunun bir sessiyası Şuşada keçiriləcək

Gündəm 24 may 2022, 15:11

Bakı Enerji Forumunun bir sessiyası Şuşada təşkil olunacaq.

Karvannews xəbər verir ki, bu barədə Bakı Enerji Həftəsinin açılışına həsr olunmuş mətbuat konfransında SOCAR-ın Elm, Texnika və Nanotexnologiyalar Departamentinin rəhbəri Nazim Vəliyev bildirib.

Onun sözlərinə görə, bu cür tədbirin Şuşa şəhərində keçirilməsi vacib göstəricidir.

"İteca Caspian" şirkətinin rəhbəri Fərid Məmmədovun sözlərinə görə, Şuşa şəhərində keçirilən səyyar sessiya zamanı vacib sənəd və memorandumların imzalanması gözlənilir.

Energetika Nazirliyinin İctimaiyyətlə əlaqələr sektorunun müdiri Cavid Mikayılovun sözlərinə görə, bir sıra nazirliklərin, şirkətlərin maliyyə institutlarının Bakı Enerji Həftəsində iştirakı bu tədbirə olan böyük marağın və onun əhəmiyyətinin göstəricisidir.

DİGƏR XƏBƏRLƏR

Loading
Top