Dünyada separatizm və Azərbaycanda separatizmlə mübarizə

Gündəm 06 yanvar 2021, 11:46
Separatizm, hər hansı bir mədəni, etnik, qəbilə, dini, irqi qrupun ümumi sərhədlərindən ayrı olan muxtariyyət və ya muxtariyyət tələbini ehtiva edən bir termin. Separatizm - istənilən formada dövlətin və cəmiyyətin fundamental əsaslarını sarsıtmaqla, ölkənin milli təhlükəsizliyinə ciddi təhlükə mənbəyi ola bilən fəaliyyətdir.
Tarixən etnik və dini zəmində separat hərəkatları dünyanın demək olar ki, hər yerində müşahidə etmək mümkündür. Bəzi ölkələrin seperatizmlə verdikləri mübarizəyə örnəklər yazacam:

Belçika. Valonlar və flamanlar arasında gedən mübarizə ikinci dünya müharibəsindən sonra ekonomik və siyasi müstəviyə keçdi. Flamanlar əhalinin 58, valonlar 31 faizini təşkil edir, iqtisadi-siyasi baxımdan da flamanlar daha çox güclü görünürlər. Ölkə daxilində parçalanma – separatizmlə mübarizə çərçivəsində ciddi fiqurların aradan götürülməsi haqqında rəsmi heç bir məlumat yoxdur. Ama araşdırma aparsanız (tarixi kitablar vəya bəlgəsəllər) həmin ciddi fiqurların sıradan çıxarılmasında çoxluq flamanların izlərini bariz görə bilərsiniz.

İspaniya. Bask millətçiləri daha yaxşı təşkilatlanmışdılar. ETA (Euskadi Ta Askatasuna) adlı örgütləri var. Keçən əsrdə terror əməlləri həyata keçirirdilər. İspaniya konstitusiyasına edilən dəyişikiklə muxtariyyətləri tamamilə gücsüz hala gətirdilər. ETA da zamanla gücünü itirdi. Dövlət bu terror qrupuna sərt müdaxilələr edirdi. Yüzlərlə insanın qətli və sürgünü çox yaxın tarixdir. Basklar bu günə qədər də ölkənin digər bölgələri ilə müqayisədə separat ruhunu qoruyur. ETA ilə mübarizədə də dövlət ən sərt yollara əl atmişdır.

Böyük Britaniya. İrlandlar mübarizəyə tam azad olmaq uğrunda başladılar. Sinn Fein partiyası və İrlandiya cumhuriyyət ordusu daha 1916-cı ildən mövcuddur. 1969-cu ilə qədər İRA terrora əl ataraq mübarizə aparırdı. Krallıq isə ən sərt şəkildə müdaxilə edirdi. Sivillər daxil minlərlə insan öldü bu illər ərzində. 1969-cu ildə İrlandiya parçalandı. Krallığın daxilində qalmış hissədə yaşayan irlandlarla mübarizə 1998-ci ilə qədər davam etmişdir.

Fransa. Korsika Belnelxalq Hürriyyət cəbhəsi (FLNC) Korsika adasının müstəqiiliyi uğrunda mübarizə məqsədilə yaradılmışdır. Eyni zamanda Fransanın İspaniya sərhəddindəki baskların ETA təşkilatı ilə də separat yönlü problemləri olmuşdur. Fransa dövləti hər iki cəbhədə ciddi mübarizə aparmış, ölkə bütünlüyünü qorumuşdur. Bu yolda minlərlə insanın sadəcə keçən əsrdə qətl edildiyi və ya aradan götürüldüyü bilinir.

İtaliya. Kasib Cənub və Varlı Şimal arasında gedən mübarizə əslində nə etnik idi, nə də dini. Sadəcə iqtisadi problemlər səbəbindən ortaya çıxmışdı. Sardunya adasının da müstəqillik tələbi var idi. Bütün bu problemlərin həllində dövlətin hətta cinayətkar qruplardan istifadə edərək ciddi fiqurların sıradan çıxarılması halları iddia edilir. İtaliya da öz bütünlüyünü qorumaq məqsədi ilə ən sərt yollara əl atmaqdan çəkinməmişdir.

Bu misallara Türkiyədəki kürdlər, Myanmardaki Arakan, İrandakı türklər və s. ölkələri də misal gətirmək olar. Dünyanın heç bir yerində separatçılara loyal münasibət yoxdur. Erməni separatizmi ilə problem yaşayan Azərbaycanda da əslində separatizmə münasibət birmənalı olmalıdır. Ərazi bütövlüyümüzün təminindən dərhal sonra seperatçılarla hüquqi müstəvidə, güc və hüquq mühafizə strukturlarının birlikdə əməyi ilə mübarizəyə davam etməliyik. Dünya isə bu sahədəki addımlarımızı öz ərazilərində seperatizmlə verdikləri mücadilə çərçivəsində dəyərləndirməlidir.

Şəbnəm KARSLI
  
 

DİGƏR XƏBƏRLƏR

Loading
Top