Avropa İttifaqı Ukraynaya 9 milyard avro dəyərində növbəti makro-maliyyə yardımını ayırmağa hazırdır.
Karvannews-un xəbərinə görə, bu barədə Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişel “Twitter“də paylaşımında bildirib.
“Avropa Şurası G7 ilə birlikdə Ukraynaya təcili likvidlik ehtiyacları ilə bağlı yardımı davam etdirəcək. Avropa Şurası Ukraynaya 9 milyard avro ayrılmasına hazırdır. Bu, Ukraynanın bərpasına güclü və konkret dəstəkdir”, - deyə Ş. Mişel qeyd edib.