Bu ilin yanvar-aprel aylarında “Azərkosmos” ASC tərəfindən dünyanın 32 ölkəsinə 8,5 mln. ABŞ dolları dəyərində xidmət (peyk telekommunikasiya xidmətləri və optik peyk xidmətləri) ixrac edilib, bu da illik müqayisədə 50,3% azdır.
Karvannews-un İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin "İxrac İcmalı"na istinadən verdiyi məlumata görə, “Azərkosmos” ASC-nin xidmət ixracından əldə etdiyi gəlir onun ümumi gəlirlərinin 86%-i təşkil edib.
Məlumata görə, 2022-ci ilin aprel ayında isə “Azərkosmos” ASC dünyanın 31 ölkəsinə 2,3 milyon ABŞ dolları dəyərində xidmət ixrac edib.
“2022-ci ilin yanvar-aprel ayları ərzində peyk telekommunikasiya və optik peyk xidmətlərinin ixracının ilk beşliyində isə 2,2 milyon ABŞ dolları ilə Birləşmiş Krallıq, 1,7 milyon ABŞ dolları ilə Fransa, 1,5 milyon ABŞ dolları ilə Lüksemburq, 0,9 milyon ABŞ dolları ilə BƏƏ və 0,5 milyon ABŞ dolları ilə Pakistan qərarlaşıb”, - məlumatda qeyd olunur.