“Azərbaycan Televiziya və Radio Verilişləri” QSC-yə 1 milyon manat ayrılıb

Gündəm 30 may 2022, 15:39

“Azərbaycan Televiziya və Radio Verilişləri” QSC-yə 1 milyon manat ayrılıb.

Karvannews.com xəbər verir ki, bu, Prezident İlham Əliyevin bu gün imzaladığı “Azərbaycan Televiziya və Radio Verilişləri” Qapalı Səhmdar Cəmiyyətinin audiovizual arxiv materiallarının rəqəmsallaşdırılması və vahid bazasının yaradılması ilə bağlı tədbirlər haqqında” sərəncamda əksini tapıb.

Sərəncamda deyilir:

““Azərbaycan Televiziya və Radio Verilişləri” Qapalı Səhmdar Cəmiyyətinə məxsus AzTV, Mədəniyyət TV, İdman TV, “Azərbaycan Radiosu” və “Beynəlxalq Radio”nun ümumilikdə bir əsrə yaxın dövr ərzində formalaşmış zəngin audiovizual arxiv materiallarının keyfiyyətli, etibarlı və uzunmüddətli qorunub saxlanması işinin təkmilləşdirilməsi, əksər hissəsi Azərbaycan xalqının maddi-mənəvi sərvətinə çevrilmiş həmin materialların rəqəmsallaşdırılması və vahid bazasının yaradılması məqsədilə “Azərbaycan Televiziya və Radio Verilişləri” Qapalı Səhmdar Cəmiyyətinin audiovizual arxiv materiallarının rəqəmsallaşdırılması və vahid bazasının yaradılması üçün Azərbaycan Respublikasının 2022-ci il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Respublikası Prezidentinin ehtiyat fondundan “Azərbaycan Televiziya və Radio Verilişləri” Qapalı Səhmdar Cəmiyyətinə 1,0 (bir) milyon manat ayılıb.

Maliyyə Nazirliyinə bu Sərəncamda göstərilən məbləğdə maliyyələşməni təmin etmək tapşırılıb.

DİGƏR XƏBƏRLƏR

Loading
Top