“Keçən il dövlət maliyyə nəzarəti tədbirləri və hüquq mühafizə orqanları tərəfindən aparılmış yoxlamalar nəticəsində 60,8 milyon manat vəsait dövlət büdcəsinə bərpa edilib”.
Karvannews xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən iclasında “Azərbaycan Respublikasının 2021-ci il dövlət büdcəsinin icrası haqqında” qanun layihəsinin müzakirəsi zamanı parlamentin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Tahir Mirkişili deyib.
Tahir Mirkişili bildirib ki, hesabat ilində özəlləşmədən daxilolmalar ötən illə müqayisədə 83, 4 % artıb.