Bu gün Milli Məclisin yaz sessiyası çərçivəsində son plenar iclasında “Azərbaycan Respublikası Mərkəzi Bankı İdarə Heyəti üzvlərinin vəzifəyə təyin edilməsi haqqında” qərar layihəsi müzakirəyə çıxarılıb.
Karvannews xəbər verir ki, layihəyə əsasən, Rəşad Təmraz oğlu Orucov və Əliyar Qəhrəman oğlu Məmmədyarovun AMB-nin İdarə Heyətinin üzvü vəzifəsinə təyin edilməsi təklif edilib.
Rəşad Orucov Mərkəzi Bankın Baş direktoru, Əliyar Məmmədyarov isə Mərkəzi Bankın sədrinin müşaviridir.
Qərar layihəsi səsə qoyularaq bir oxunuşda qəbul edilib.