![](https://cdn.karvannews.com/uploadedfiles/custom/2022/4/13/1/7bf35416-65f6-4962-b049-280d4b50426a/ekonomi.jpg)
Türkiyə Statistika Təşkilatının (TÜİK) açıqladığı məlumatlara görə, Türkiyə iqtisadiyyatı 2022-ci ilin birinci rübündə 7,3 faiz artıb.
Karvannews xəbər verir ki, iqtisadçılar 7,20% artım gözləyirdilər. Türkiyə iqtisadiyyatı 2022-ci ilin birinci rübündə əvvəlki rüblə müqayisədə isə 1,2% artıb.
Türkiyə iqtisadiyyatı 2021-ci ilin son rübündə 9,1 faiz, bütün 2021-ci ildə isə 11 faiz artıb.