BNA: Sabahdan avtobuslarda kondisionerlər işləyəcək

Gündəm 31 may 2022, 16:20

Bakı Şəhər İcra Hakimiyyəti başçısının tabeliyində Bakı Nəqliyyat Agentliyi tərəfindən müntəzəm sərnişindaşıma fəaliyyəti ilə məşğul olan hüquqi və fiziki şəxslərə yay mövsümünə keçidlə əlaqədar zəruri tədbirlərin görülməsi barədə xəbərdarlıq məktubu göndərilib.

Karvannews xəbər verir ki, məktubda son günlərdə havanın temperaturunun yüksəlməsini nəzərə alaraq marşrutlar üzrə kondisionerlərlə təchiz avtobuslarda havalandırma sisteminin 01.06.2022-ci il tarixindən iqlim şəraitinə uyğun tənzimlənməsi tapşırılıb.

DİGƏR XƏBƏRLƏR

Loading
Top