Karvannews bu gündən dayanır

Gündəm 31 may 2022, 13:48
İqtisadiyyat portalı Karvannews.com mayın 31-dən fəaliyyətini müvəqqəti olaraq dayandırır.

2020-ci ilin dekabrın 7-dən aktiv fəaliyyətə başlayan portal bu illər ərzində özünəməxsus istiqamət xətti ilə seçilib və qısa zaman ərzində izləyici auditoriyası formalaşdırmağa müvəffəq olub.

Karvannews bu günə kimi Qarabağ şəhidlərinin ailələri haqqında reportajlar, Azərbaycan Prezidentinin ən son sərəncamlarını, fərmanlarını, keçirdiyi görüşləri, səfərləri, dövlət xadimlərinin müsahibələrini, çıxışlarını, dövlətin apardığı geniş islahatları işıqlandırıb. Bundan başqa portal maraqlı müsahibələr, analtik yazılar, birja, neft, ölkədə sahibkarlığın inkişafı, xaricdə baş verən ən son iqtisadi xəbərləri operativ və qərəzsiz şəkildə yayımlayıb.

DİGƏR XƏBƏRLƏR

Loading
Top