“Azərbaycan Hava Yolları” aviaşirkəti Bakı-Dubay-Bakı marşrutu üzrə reyslərə bilet satışının başlandığını elan edir.
“Azərbaycan Hava Yolları” QSC-nin mətbuat xidmətindən Karvannews-a daxil olmuş məlumata görə, uçuşlar martın 1-dən etibarən həftədə iki dəfə - birinci və beşinci günlər yerinə yetiriləcək.
Epidemioloji şərait qənaətbəxş olduğu təqdirdə martın 19-dan 29-dək olan dövrdə həmin marşrut üzrə uçuşlar hər gün həyata keçiriləcək.
Qeyd edilən reyslərə aviabiletləri aviaşirkətin rəsmi saytı vasitəsilə almaq mümkündür.
Vzası olmayan və ya vizasının qüvvədə olma müddəti bitən sərnişinlər BƏƏ-yə əvvəlcədən viza rəsmiləşdirməlidirlər.