“İntihar hadisələrinin səbəbi əslində müxtəlifdir. Ən əsas səbəblərdən biri uşaqların öz aralarında olan söhbətləri böyüklərdən gizlətməsidir. Onlarla müəyyən şeyləri bölüşə bilmirlər”.
Bu sözləri Karvannews-a açıqlamasında tanınmış psixoloq Vüsalə Əmiraslanova son vaxtlar artan intihar hadisələrinə münasibət bildirərkən söyləyib:
“Böyüklər çox vaxt qulaq asmırlar uşaqlara. Valideynlər işləyirlər, vaxtları olmur uşaqları ilə məşğul olsunlar. Ən azı onların qorxularını, sıxıntılarını bilmirlər. Bundan əlavə, uşaqlar sosial şəbəkələrdə öyrəndiyi bəzi məsələləri öz aralarında həll edirlər. Haqlı olduqlarına inanırlar. Bəzən məşhur olmaq istəyi olur onlarda. Məsələn, özümü öldürüm və məşhur olum. Belə bir düşüncə var”.
V.Əmiraslanova daha sonra bunları qeyd edib:
“Böyüklərdə əsas problem işsizlikdi. Karantin, pandemiya onları düşündürür. Pandemiya bitəcək ya yox kimi suallarla əlləşirlər. Bəzən aildə xəyanətin olması, xüsusən qadınlarda səbəb ola bilir. Məsələn, elə gənclər olur ki, aralarında müəyyən bir danışıqlar keçir. Onlar düşünürlər ki, bu məsələ sosial şəbəkələrdə yayılacaq, hamı biləcək. Bundan əlaqəli intiharlar olur”.