Rusiyadan Azərbaycana bu il 16 min tonadək süd məhsulları tədarük edilib

İqtisadiyyat və biznes 30 avqust 2021, 16:04

Bu ilin əvvəlindən Rusiyadan Azərbaycana 15,7 min ton süd və süd məhsulları ixrac edilib.

Karvannews.com Rusiyanın Baytarlıq və Fitosanitar Nəzarəti üzrə Federal Xidmətinin yerli idarəsinin ("Rosselxoznadzor”) yaydığı məlumata istinadən xəbər verir ki, hesabat dövründə Azərbaycan bu məhsul kateqoriyasının idxalçıları arasında Ukrayna və Qazaxıstandan sonra üçüncü yerdə qərarlaşıb.

"Rosselxoznadzor"un məlumatına görə, ilin əvvəlindən Ukraynaya 31,6 min ton, Qazaxıstana 28,8 min ton, Azərbaycana 15,7 min ton, Belarusa 10,9 min ton, Özbəkistana isə 3,8 min ton süd və süd məhsulları tədarük edilib.

DİGƏR XƏBƏRLƏR

Loading
Top