Avropada qazın qiyməti 600 dolları ötdü

Neft qaz 31 avqust 2021, 14:03

Bazar ertəsi günü Avropada qazın qiyməti 1000 kubmetr üçün 600 dolları keçib.

Karvannews.com xəbər verir ki, bunu London birjasının ICE məlumatları sübut edir.

Keçən həftə Avropada qazın qiyməti 1000 kubmetr üçün 580 dollara, bu gün səhər isə 590 dollara çatmışdı.30 avqustda oktyabr fyuçerslərinin qiyməti 1000 kubmetr üçün 600,3 dollara və ya bir MVt/ssat üçün 49,26 avro həddinə çatıb (ICE qiymətləri MWh ilə avroda təqdim olunur).

Avropada qazın bahalaşmasının səbəbi Rusiyanın "Qazprom" şirkətinin qaz ixracını, o cümlədən Ukrayna üzərindən qaz ixracını artırmamasıdır.

Ötən həftə Avropada bir neçə gün ərzində qazın qiyməti təxminən 100 ABŞ dolları həcmində azalmışdı. Buna “Şimal axını-2” ilə qaz tədarükünün başladığı, daha sonra isə “Qazprom” şirkətinin artıq 2021-ci ildə “Şimal axını-2” vasitəsilə 5,6 milyard kubmetr qaz tədarük edə biləcəyi ilə bağlı yalan xəbərlər səbəb olmuşdu.

DİGƏR XƏBƏRLƏR

Loading
Top