Qlobal qida qiymətləri 11 aydır fasiləsiz yüksəlir

İqtisadiyyat və biznes 06 may 2021, 20:16

FAO Qida Qiyməti İndeksi, fasiləsiz 11 aydır yüksəlişini davam etdirir.

İndeksdə son 10 ilin ən uzunmüddətli yüksəlişi yaşanır. İndeks sonuncu dəfə, İyul 2010 - Fevral 2011 arasında 8 ay fasiləsiz yüksəliş qeyd etmişdi.

FAO Qida Qiyməti İndeksi, Aprel ayında aylıq müqayisədə 1,7%, illik müqayisədə 30.8% yüksəlib. Keçən ilin Aprel ayında 92,4 səviyyəsində olan İndeks, bu ilin Aprel ayında 120.9 səviyyəsinə çatıb. Şəkər qiymətlərindəki kəskin yüksəliş, apreldə indeksin artımasına təsir edib.

Geniş şəkildə ticarət olunan qida məhsullarının beynəlxalq qiymətlərindəki aylıq dəyişiklikləri izləyən İndeks, 11 aydır yüksəlişini davam etdirir və 2014-ci ilin May ayından bu yana ən yüksək səviyyəyə çıxıb. 

Mart ayı üçün 118,5 olaraq açıqlanan İndeks, 118,9-a revizə edilib.

Dünyada buğda, qarğıdalı, soya, bitki yağları, süd, kərəyağı bahalaşır./marja/

DİGƏR XƏBƏRLƏR

Loading
Top