Belarusun qızıl və valyuta ehtiyatları artıb

İqtisadiyyat və biznes 07 may 2021, 14:06

Belarusun qızıl-valyuta ehtiyatları 2021-ci ilin aprel ayında 4,9% artaraq 1 may tarixinə 7,3 milyard dollar təşkil edib. Bu barədə cümə günü Belarus Milli Bankının mətbuat xidməti məlumat yayıb.

“Belarus Respublikasının beynəlxalq ehtiyat aktivləri, 1 may tarixinə, ilkin məlumatlara görə, 7 milyard 277,9 milyon dollar təşkil edib”, - məlumatda deyilir.   

Karvannews xəbər verir ki, qızıl və valyuta ehtiyatları Mart ayında 174,5 milyon dollar (2,5%) azaldıqdan sonra Aprel ayında 337,9 milyon dollar (4,9%) artıb.

Milli Bankdan verilən məlumata görə, aprel ayında qızıl-valyuta ehtiyatlarının artımı əsasən Belarus Valyuta və Fond Birjası ASC-nin hərraclarından xarici valyutanın alınması ilə bağlıdır.

Aprel ayında Belarus hökuməti xarici valyuta ilə 105 milyon dollar dəyərində xarici və daxili öhdəliklərini yerinə yetirib.

2021-ci il üçün pul siyasətinin əsas istiqamətlərinə görə, 1 yanvar 2022-ci il tarixinə beynəlxalq ehtiyat aktivlərinin həcmi ən azı 6 milyard dollar olmalıdır. 2021-ci ildə ölkənin 3,3 milyard xarici valyuta borcunu ödəməsi lazımdır.

DİGƏR XƏBƏRLƏR

Loading
Top