Misin qiyməti 2 ayın ən aşağı səviyyəsinə gerilədi

İqtisadiyyat və biznes 22 iyun 2021, 11:19

Mis qiymətləri, ABŞ Mərkəzi Bankının (Fed) açıqlamaları və Çinin əmtəə qiymətlərini aşağı salmaq üçün gördüyü tədbirlər ilə əlaqədar olaraq 2 ayın ən aşağı səviyyəsinə geriləyib.

Karvannews xəbər verir ki, Fed üzvlərindən Ceyms Bullard, cümə günü etdiyi açıqlamasındada inflyasiyanın artmasının gələn il daha yüksək faiz nisbətlərinə səbəb ola biləcəyi mövzusunda xəbərdarlıq etmişdi (Fed faiz artıracaq). Çin isə qiymətləri aşağı salmaq üçün dövlətin əmtəə anbarlarındakı ehtiyatlardan satışa başlayacağını açıqlamışdır. 

Mis, bazar ertəsi günü 1,5%-ə yaxın ucuzlaşaraq tonu 9 min 14 dollara geriləyib. Mis keçən həftə 9%-ə yaxın ucuzlaşmışdı.

DİGƏR XƏBƏRLƏR

Loading
Top