Kirayə qalan 6 qız içkili halda yatıb və… Yasamaldakı yanğının ŞOK SƏBƏBİ

Gündəm 22 iyun 2021, 10:33

Xəbər verdiyimiz kimi, bu gün Bakı şəhəri, Yasamal rayonu, Əsəd Əhmədov küçəsi 41 ünvanında çoxmərtəbəli yaşayış binasının 8-ci mərtəbəsindəki mənzildə yanğın olub.

Karvannews xəbər verir ki, Shownews.az-a açıqlama verən bina sakinləri yanğına səbəb kimi qeyd olunan ünvanda kirayə yaşayan 6 qızın içkili halda səhlənkarlığı olub. Belə ki, qazın üstündən asılan parça alovlanıb. Və bütün evin yanmasına səbəb olub. Qızlar isə içkili halda yatıb.
Yanğını isə qonşular görüb və qapını döyərək qızları oyadıblar.

Qeyri-rəsmi məlumata görə, həmin ünvanda kirayədə qalan qızlar hazırda polis bölməsindədirlər.  

Yanğının hansı səbəbdən baş verməsi haqda isə hələ rəsmi açıqlama yoxdur. 

DİGƏR XƏBƏRLƏR

Loading
Top