“Qarabağ Azərbaycandır!” adlı beynəlxalq tədbir keçirilib

Gündəm 07 sentyabr 2021, 14:10
Sentyabrın 5-də Varis “Şəhid Ailələrinə və Qazilərə Qayğı” İctimai Birliyinin sədri Mahmudzadə Elvinin təşkilatçılığı ilə “Qarabağ Azərbaycandır!” beynəlxalq layihəsi keçirilmişdir.

Karvannews.com xəbər verir ki, zoom tətbiqi vasitəsi ilə keçirilən tədbirdə yüzdən artıq şəxs iştirak etmişdir. Dünyanın 20 ölkəsində yaşayan, təhsil alan, çalışan azərbaycanlılar layihəyə qoşularaq Azərbaycanda yaşayan şəhid ailə üzvlərinə, qazilərə mənəvi dəstək olublar. Tədbir zamanı Qarabağın tarixi Azərbaycan torpağı olmasından, erməni siyasi rejiminin işğalçı mövqeyindən, 44 günlük müharibədə Azərbaycan Respublikasının Prezidenti Cənab İlham Əliyevin qətiyyətindən, Azərbaycan ordusunun yenilməzliyindən, xalqımızın birliyindən danışılıb və dünya ictimaiətinə geniş məlumat verilib.

Tədbirin keçirilməsində məqsəd beynəlxalq ictimaiyyət arasında Qarabağın Azərbaycanın tarixi torpağı və ayrılmaz tərkib hissəsi olmasının, eləcə də Azərbaycan Respublikasının bölgədə sülhün yaradılmasında maraqlı tərəf kimi göstərilməsinin təbliğidir.



Tədbirin təşkilatçısı Azərbaycan Vətənpərvərlər Partiyasının sədri, Varis “Şəhid Ailələrinə və Qazilərə Qayğı” İctimai Birliyinin rəhbəri Mahmudzadə Elvin öz çıxışında azərbaycanlıları hər zaman dövlətimizin və dövlət siyasətimizin ətrafında birləşməyə dəvət edib. O, bildirib ki, hər bir azərbaycanlı tutduğu mövqeyindən, olduğu yerdən aslı olmayaraq hər zaman qəlbi vətən üçün döyünməlidir.

Qeyd edək ki, tədbir müxtəlif sosial şəbəkələrin səhifələrində canlı olaraq paylaşılıb və minlərlə insanın diqqətini cəlb edib.

DİGƏR XƏBƏRLƏR

Loading
Top