Siqaret istehsalı kəskin artıb

İqtisadiyyat və biznes 21 sentyabr 2021, 16:03

Bu ilin yanvar-avqust aylarında Azərbaycan 9 milyard 71 milyon ədəd papiros və siqaretlər və 1146.9 ton fermentləşdirilmiş tütün istehsal edib.

Dövlət Statistika Komitəsindən verilən məlumata görə, 2020-ci ilin yanvar-avqust ayları ilə müqayisədə ölkədə papiros və siqaretlərin istehsalı 2 dəfəyə yaxın artıb, fermentləşdirilmiş tütünün istehsalı isə 63% azalıb.

Qeyd edək ki, əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə tütün məmulatlarının istehsalında 55.1 faiz, qida məhsullarının istehsalında 6.2 faiz, içki istehsalında isə 2,9 faiz artım müşahidə olunmuşdur.

DİGƏR XƏBƏRLƏR

Loading
Top