Sabah Bakıda gücləndirilmiş dezinfeksiya işləri aparılacaq

Gündəm 24 sentyabr 2021, 12:00

Vətəndaşlarıın koronavirus pandemiyasından qorunması və onun geniş yayılmasının qarşısının alınması məqsədi ilə paytaxt Bakı şəhərində həyata keçirilən kompleks tədbirlər davam etdirilir.

Bakı Şəhər İcra Hakimiyyəti Mətbuat Xidmətindən verilən məlumata görə, bu tədbirlər çərçivəsində sabah - sentyabr ayının 25-i səhər saatlarından etibarən şəhərin mərkəzi və qəsəbələrdəki əsas küçə, prospekt və yollarda xüsusi kimyəvi maddələrlə növbəti dəfə əlavə gücləndirilmiş dezinfeksiya işləri aparılacaq.

Bununla əlaqədar maddələrin qəbul olunmuş müəyyən toksikliyini nəzərə alaraqsakinlərdən ciddi zərurət yaranmadığı təqdirdə qeyd olunan tarixdə küçəyə çıxmamaq xahiş olunur.

DİGƏR XƏBƏRLƏR

Loading
Top